"Arsenal"ın futbolçusu Oliver Qiroudun həyat yoldaşını aldatması sübut olunub. Fanat.az xəbər verir ki, fransız futbolçunun bir gecə keçirdiyi qadın onun oteldə çəkilmiş fotosunu yayımlayıb.
Bundan sonra Qiroud səhvini boynuna alıb. Rəsmi "Twitter" hesabından açıqlama yayan futbolçu aldatdığı həyat yoldaşından, həmçinin "Liverpul"a 1:5 hesabı ilə yenildikləri matçdan əvvəlki gecəni həmin qadınla oteldə keçirdiyi üçün komandadan və baş məşqçi Arsen Vengerdən üzr istəyib.
Fanat.az