"Liverpul"un kapitanı Stevin Cerrard hədələnib. Fanat.az xəbər verir ki, hadisə komandanın məşqində baş verib.
Belə ki, bir azarkeş "Liverpul"un məşqinə daxil olaraq komandanın əfsanəsinə çevirilən futbolçunu təhdid edib. Adı açıqlanmayan fanat "sənin harada yaşayacağını bilirəm. Evini yandıracam" deyib.
Bu zaman Cerrard onun üzərinə hücum edib. Lakin komanlanın məşqçisi Kolin Paskoe və klub rəsmisi Lee Radkliffe futbolçunu sakitləşdirib.
Fanat.az