"Real"ın hücumçusu Jese Rodrigesin evində partlayış baş verib. Fanat.az xəbər verir ki, evin aşağı mərtəbəsində yerləşən qarajda baş verən partlayışın səbəbi qaz sızması olub.
Hadisə nəticəsində qarajda işləyən 3 fəhlə xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dəm qazından zəhərlənib, digəri isə yanıq xəsarətləri alıb.
Qarajda baş verən partlayış futbolçunun mənzilinə də ziyan vurub. Jese hələlik, “Real”ın müdafəçisi Alvaro Arbeloanın evində qalacaq.
Fanat.az