Braziliyada 35 yaşlı keçmiş futbolçu amansızcasına qətlə yetirilib. Fanat.az xəbər verir ki, Juan Rodriqonun başını kəsiblər.
Onu oktyabrın 28-də özünə məxsus mağazadan oğurluq avtomobillə qaçıran cinayətkarlar başını kəsərək, ailəsinə göndərib. Juanın xanımı evə gələndə ərinin başını görübsə, bədənin digər hissələri hələ də tapılmayıb. Braziliya polisi sabiq oyunçunun həyat yoldaşına görə öldürüldüyünə inanır. Juanın xanımı narkotik alveri ilə mübarizə şöbəsində işlədiyinə görə narkomafiyanın ondan qisas alması tam məntiqəuyğundu.
Rodriqo Braziliya klubları ilə yanaşı, İsveçdə “Ester”, Hondurasda “Olimpiya”da oynayıb.
Fanat.az