Çelsi"nin futbolçusu Con Terrinin atası Ted Terri həbs olunub.
Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, buna oyunçunun atasının bir davada irqçi şüarlar səsləndirməsi səbəb olub.
Qeyd edək ki, bu, Terrinin ailəsində baş verən ilk belə hadisə deyil. Belə ki, 2009-cu ildə futbolçunun anası və qaynanası bir geyim mağazasında oğurluq edərkən tutulmuşdu. Terri isə "Çelsi"nin "Kvins Park Reyncers"lə oynadığı matçda rəqibin oyunçusu Anton Ferdinanda qarşı irqçi şüarlar səsləndirdiyi üçün cərimələnmişdi.
İdman24.az