"Qalatasaray"ın və Türkiyə millisinin üzvü Sabri Sarıoğlunun həyat yoldaşı Yağmur Yılmaz pilot olmaq istəyir. Fanat.az xəbər verir ki, o, hazırda bu yöndə təhsil alır.
Yerli mətbuata açıqlama verən Yılmaz ailəsinin onun istəyinə görə narahat olduğunu bildirib: "Pilot olmağım, uçmağım anam və atamla yanaşı, həyat yoldaşımı da narahat edir. Mən isə bunu çox istəyirəm. Kapitan olduğunda tez qərar verməli və qərarını həyata keçirməlisən. Göy üzündə uçmağın verdiyi azadlıq hissi insanın ruhunu qidalandırır. Məzun olmağıma 15 gün qalıb. Daha sonra xəyalını qurduğum arzumu həyata keçirmək istəyirəm".
Fanat.az