Futbolçunu özünü “çöldə qoyduğu” üçün həbs etdilər

Futbolçunu özünü “çöldə qoyduğu” üçün həbs etdilər
Şotlandiyanın “Seltik” klubunun futbolçusu Ceyms Forrest Çempionlar Liqasında İtaliya “Milan”ı ilə oyun öncəsi həbs olunub. Fanat.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi eksgibitsionizmdə şübhəli bilinir.
 
Ona qarşı 2 ittiham irəli sürülüb. Lakin bu, futbolçunun “Milan”a qarşı oynamasına mane olmayıb. Matç “Milan”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Qeyd edək ki, eksgibitsionizm - ehtiraslanaraq, bədənin intim hissələrini ictimai yerlərdə nümayiş etdirməklə özünü büruzə verən psixi pozğunluqdur. Hüquqi baxımdan eksgibitsionizm xuliqanlıq kimi tövsif olunur. 
lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər