Futbolçunu komandada saxlamaq üçün evləndirəcəklər

Futbolçunu komandada saxlamaq üçün evləndirəcəklər

"Sevilya" azarkeşləri Marko Marini komandada saxlamaq üçün maraqlı üsula əl atmaq niyyətindədi. Fanat.az xəbər verir ki, yerli fanatlar almaniyalı futbolçunu evləndirmək qərarına gəlib.

Belə ki, ötən mövsüm "Verder"dən "Çelsi"yə keçən Almaniya yığmasının üzvü İngiltərədə özünü doğrulda bilməmiş və bu yay "Sevilya"ya icarəyə verilmişdi. Marin qısa müddətdə komandanın azarkeşlərinə özünü sevdirə bilib. Bunun nəticəsidi ki, fanatlar onun "Sevilya"da qalmasını istəyir. Bu məqsədlə onlar Marini yerli  bir qızla evləndirmək istəyirlər ki, komandaya daha çox bağlansın.

Qeyd edək ki, daha öncə "Sevilya"nın üzvü İvan Raktiç yerli qızla evlənmiş və Avropanın böyük klublarından təklif gəlməsinə rəğmən komandada qalmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər