Futbolçumuzun türk klubuna keçidi baş tutmadı

Futbolçumuzun türk klubuna keçidi baş tutmadı
Moskvanın "Lokomotiv" klubunda oynayan həmyerlimiz Samir Məsimovun Türkiyə klubuna keçidi baş tutmayıb. Fanat.az xəbər verir ki, bu barədə futbolçunun özü açıqlama verib.
Samir keçidin alınmamasına Türkiyə klubunun səviyyəsinin aşağı olmasının səbəb olduğunu bildirib: "Artıq Türkiyədən dönmüşəm. Orda "Ankaragücü"nün düşərgəsində oldum. Təklif etdilər ki, bir müddət əvəzedici komandada oynayım, sonra əsas komandaya cəlb edəcəkdilər. Amma "Lokomotiv"dən gedib Türkiyə klubunun əvəzedici komandasında oynayan deyiləm ki. Odu ki, yenidən Moskvaya qayıtdım. Hazırda Moskvada, "Lokomotiv"in düşərgəsindəyəm. Bir neçə variant var. Lakin konkret olmadığından açıqlamaq istəmirəm. Dəqiqləşsin, açıqlayacam".
rekord.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər