19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Samir Məsimov Rusiyada növbəti oyununa çıxıb. Fanat.az xəbər verir ki, Moskva "Lokomotiv"inin gənclərdən ibarət komandasında forma geyinən futbolçumuz "Tom"a qarşı oynayıb.
Matç "Lokomotiv"in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan Samir Arşak Koryanı əvəzləyib.