Futbolçumuz Almaniyada penaltidən qol vurdu, amma...

Futbolçumuz Almaniyada penaltidən qol vurdu, amma...
Almaniya Kubokunda ilk mərhələnin oyunları keçirilib. Fanat.Az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge" "İnqolştadt"la qarşılaşıb. 
Oyunun əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Qalib penalti seriyasında müəyyənləşib. Daha dəqiq oynayan "İnqolştadt" 8:7 hesabıyla üstün olub və növbəti mərhələyə adlayıb. 
Nazarov start heyətdə çıxdığı qarşılaşmanın sonunadək meydanda olub. O, penalti seriyasında da iştirak edib və rəqib qapıçını məyus etməyi bacarıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər