Türkiyənin "Tavşanlı Linyitspor" klubunun yeni baş məşqçisi müəyyənbəşib. Fanat.az xəbər verir ki, Kütahya təmsilçisi bir neçə gün əvvəl istefa verən Salih Yorulmazı Ali Nail Durmuşla əvəzləyib.
Bu barədə klubun mətbuat katibi Özgör Ergöçmen açıqlama verib. Klub rəsmisi bildirib ki, yeni baş məşqçi ilə 1,5 illik anlaşma əldə ediblər.
Ali Nail Durmuş futbolçu karyerası ərzində "Bursaspor", "Fənərbaxça", "Vanspor", "Zeytinburnuspor", "Göztəp", "Kırıkkalespor", "Tekirdağspor" və "Kahramanmaraşspor"da çıxış edib. 43 yaşlı mütəxəssis 2004-cü ildən başladığı məşqçi karyerası ərzində "Kütahyaspor", "İğdırspor", "Darıca Gənclərbirliyi", "Bucaspor", "Aksarayspor", "Zeytinburnuspor" və "Gebzespor"u çalışdırıb.
Qeyd edək ki, "Tavşanlı Linyitspor"da Andrey Popoviçlə Usim Nduka çıxış edir.
Fanat.az