Futbolçularımız qol vurdu, "Fortuna" qələbə qazandı

Futbolçularımız qol vurdu, "Fortuna" qələbə qazandı
Almaniya II Bundesliqasında çıxış edən "Fortuna" yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Toğrul Eratın forma geyindiyi Düsseldorf təmsilçisi Hollandiyanın 4-cü divizionunda çıxış edən "Meersen"lə qarşılaşıb.
 
Futbolçumuzun komandası bu görüşdən 8:0 hesablı qələbə ilə ayrılıb. Toğrul start heyətdə meydana çıxdığı görüşdə 90 dəqiqə oynayıb. O, komandasının ilk və 3-cü qollarının müəllifi olub. 21 yaşadək futbolçulardan ibarət millimizə namizəd Eren Taşkın isə 63 dəqiqə oynayıb. O, "Fortuna"nın 4-cü qoluna imza atıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər