Futbolçularımız baş məşqçisiz qaldılar

Futbolçularımız baş məşqçisiz qaldılar
Türkiyənin "Kahramanmaraşspor" klubu baş məşqçisiz qalıb. Fanat.az xəbər verir ki, PTT 1-ci liqada çıxış edən komandanın çalışdırıcısı Besim Durmuş ötən gün istefa verib.
 
O, IV turun "Adanaspor"la oyunundan sonra postunu tərk edib. 2:3 hesablı yenilgidən sonrakı bu qərar rəhbərlik tərəfindən də qəbul olunub.
 
Qeyd edək ki, "Kahramanmaraşspor" geridə qalan dörd turda 3 oyunu məğlub başa vurub. Yalnız bir oyunda heç-heçə edən bu komanda topladığı 1 xalla 19 klub arasında sonuncu pillədə qərarlaşıb.
 
Maraq üçün bildirək ki, "Kahramanmaraşspor"da futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Fərid Quliyevlə gənc futbolçu Murad Axundzadə çıxış edir. Onları bu komandaya məhz Besim Durmuş aparsa da, Murada ümumiyyətlə heç bir matçda şans verməyib. Əvvəlki görüşlərdə son dəqiqələrdə meydana çıxan Fərid də "Adanaspor"la qarşılaşmanın iştirak ərizəsində yer almamışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər