Andrey Popoviçlə Usim Ndukanın çıxış etdiyi "Tavşalı Linyitspor" baş məşqçisiz qalıb. Fanat.az xəbər verir ki, Kütahya təmsilçisinin baş məşqçisi Erol Tok istefa verib.
Baş məşqçi ötən gün "Dənizlispor"a 1:2 hesabı ilə yenildikləri matçdan sonra qərarını açıqlayıb. Erol Tok qərarını komanda daxilində baş verənlərlə əlaqələndirib.
Qeyd edək ki, Usim Ndukanı mütəmadi olaraq oynadan baş məşqçi Andrey Popoviçə debüt şansı verməyib. Türkiyə mətbuatı onu bu səbəbdən tənqid edirdi.
Fanat.az