"Futbolçularımda özünə inam yox idi" - Tomas Tuxel

"Futbolçularımda özünə inam yox idi" - Tomas Tuxel

"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 finalının ilk oyununda "Mançester Siti"yə uduzduqları oyunu (0:3) dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, "BBC Sport" alman mütəxəssisin dediklərini belə təqdim edib:

"Məncə, biz ən azı bir qola layiq idik. Əvəzində çox qol buraxdıq. Futbolçularımda demək olar ki, özünə inam yox idi. Bu, bizim üçün acı nəticədir. Buna baxmayaraq, komandanın oyunu mənim çox xoşuma gəldi".

Cavab oyunu bir həftə sonra Münhendə baş tutacaq.   Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər