Futbolçuları qarət etdilər

Futbolçuları qarət etdilər

Konfederasiyalar Kuboku üçün Braziliyada olan İspaniya milli komandasının bəzi futbolçuları qarət olunub. Fanat.az xəbər verir ki, bazar günü Uruqvay millisi ilə qarşılaşan komanda oteli tərk etdiyi zaman kimliyi məlum olmayan insanlar oyunçuların otaqlarına daxil olaraq 6 nəfərin şəxsi əşyalarını oğurlayıb.

Soyğuna uğrayan futbolçuların arasında “Barselona”nın müdafiəçisi Jerard Pike də olub. Zərərçəkən digər oyunçuların adları açıqlanmasa da, bəzilərinin 1000 avroya qədər pulunun oğurlandığı bildirilib.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər