Meksika 2-ci liqasında indiyədək futbol meydanlarında görünməmiş etiraz aksiyası keçirilib. Fanat.az xəbər verir ki, "Kelaya"nın futbolçuları maaşlarının verilməməsinə özünəməxsus şəkildə etiraz ediblər.
Belə ki, futbolçular "Merida" ilə oyundan əvvəl komanda şəkili çəkdirərkən başlarına üzərində dollar işarəsi olan maska keçiriblər. Komandanın üzvləri artıq 2 aydı maaş ala bilmirlər. Borc içində batan klub hətta otel pulu ödəməmək üçün səfər matçlarına da oyun günü yollanır. Həmçinin klubun bazasına verilən su və elektrik enerjisi kəsilib, paltardəyişə otaqlarında istilik sistemi işləmir.
Fanat.az