Futbolçular polisləri dödü

Futbolçular polisləri dödü

Türkiyənin həvəskarlar liqasının Trbzonda keçirilən matçında ilginc hadisə baş verib. Fanat.az xəbər verir ki, "Erdoğduspor" - "Akçaabat Gençlik" matçının sonunda dava düşüb. 

"Akçaabat Gençlik"in 2:1 hesablı qələbə qazandığı matçdan sonra "Erdoğduspor"lu futbolçularla polislər arasında gərginlik yaşanıb. Hakimə etiraz etmək istəyən oyunçuları asayiş keşikçiləri uzaqlaşdırmaq istəyib. Bu zaman onlar polisə sərt şəkildə qarşılıq verib. Futbolçulardan biri polisə təpik atıb, digərləri isə onlara yumruq zərbələri ilə hücum çəkib.

Təxminən 2 dəqiqə davam edən davanı baş məşqçi və klub rəhbərliyi güclə sakitləşdirib. Polis 5 futbolçunu həbs edib. İfadələri alınan oyunçular sərbəst buraxılıb. Araşdırmalar davam edir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər