Şotland və ingilis futbolçular homoseksualların hüquqlarının müdafiəsinə qalxacaq. Fanat.az xəbər verir ki, futbolçular butslarını göyqurşağı rənglərindən ibarət bağlarla bağlayacaq.
Bu kampaniyaya homoseksualların hüquqlarını müdafiə edən "Stonewell" təşkilatı start verib. Təşkilat 92 ingilis və 42 şotland klubuna eyni bağlardan təqdim edib. "The Right Behind Gay Footballers" adlanan kampaniyanın təşkilatçıları futbolçuların 21 və 22 sentyabr tarixlərində keçiriləcək matçlarda bu bağlardan istifadə etməsini istəyib. Çox sayda futbolçunun kampaniyaya qoşulması gözlənilir.