"Real"ın və Fransa yığmasının üzvü Kərim Benzema haqqında şok məlumat yayıb. Fanat.az xəbər verir ki, ulduz futbolçu transseksual fahişəyə ilə birlikdə olub.
Məlumata görə, o, belçikalı Viktoriya Dorval adlı transseksualla yatıb. Bunun müqabilində isə ona, 8 min avro ödəyib.
Məsələ ilə bağlı Belçika mətbuatına danışan Viktoriya xəbəri təsdiq edib: "Benzema və repçi dostu mənə mətbuata danışmamaq üçün bir sənəd imzalatdırdı. Amma artıq xəbər mətbuata çıxdığından mən də danışmaq qərarı verdim".
Viktoriyanın sözlərinə görə, hadisə 5 il əvvəl olub. Həmin vaxt o, yenicə əməliyyat olunaraq Conni adından imtina etmiş və fahişəlik etməyə başlayıbmış: "Benzema və dostu, repçi Buba 2000 avro qarşılığında onlarla yatmağımı istədi. Əlbəttə ki, mən razılaşdım. Bir neçə gündən sonra Benzema yenidən mənimlə əlaqə saxladı və bu dəfə şəxsi görüş üçün 6000 avro təklif etdi. O, mənim əməliyyatımdan xəbərdar idi. Lakin bu əməliyyatın onu narahat etmədiyini dedi. Bundan əlavə "belə daha yaxşıdı" söylədi".
Viktoriya xəbəri təsdiq etsə də, Benzema hələ ki, heç bir açıqlama verməyib.
Qeyd edək ki, fransız futbolçu yığmadakı komanda yoldaşı Frank Riberi ilə birlikdə yetkinlik yaşına çatmayan Zahiya Deharla cinsi əlaqədə olduğu üçün məhkəmə qarşısına çıxmışdı.