Futbolçu tarixinin ən böyük transfer təklifi edildi - RƏSMİ

Futbolçu tarixinin ən böyük transfer təklifi edildi - RƏSMİ

PSJ futbol tarixinin ən böyük transfer təklifini Neymara edib. Fanat.Az xəbər verir ki, bu barədə futbolçunun meneceri Vaqner Riberio bildirib.

Menecer deyib ki, PSJ-nin prezidenti Nasir Əl-Xelaifi Neymarla görüşərək 190 milyon avroluq təklif irəli sürüb. 

Vaqner Riberio deyib ki, PSJ prezidenti Neymarla iyunun 1-də görüşüb. Həmin ayın sonunda isə Nasir Əl-Xelaifi futbolçunun atası ilə biraraya gəlib.

"Barselona" Neymara 190 milyon avro qiymət qoyub. Bu məbləğ ödənsə, futbolçu azad agent statusu ala bilər. PSJ rəhbəri Neymar və atası ilə görüşdə 190 milyon avronu ödəməyə hazır olduqlarını deyib. Hələ üstəlik Neymarın özünə illik 40 milyon avro maaş təklif edib.

"Neymar şəhəri və komandanı sevdiyi üçün "Barselona"da qalmaq istədi. Atası da İspaniyada qalması üçün ona təsir etdi" deyə Vaqner Riberio bildirib.

O, həmçinin bildirib ki, PSJ-nin prezidenti Neymara vətəninə gedib-gəlmək üçün xüsusi təyyarə ayırmağa belə söz verib.

Menecer futbolçunun atasını da ittiham edib: "Neymarın atası "Barselona" ilə müqavilə yeniləmək üçün PSJ-dən istifadə etdi. Əslində bu görüşdən "Barselona"nın xəbəri olmayacaqdı. Amma görüş zamanı bir foto çəkərək "Barselona"ya yollayıblar. O, PSJ ilə görüşlər keçirərkən "Barselona" ilə danışıqlar aparırdı".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər