Futbolçu silahlı hücuma məruz qaldı

Futbolçu silahlı hücuma məruz qaldı
Burkina Faso milli komandasının üzvü Alain Traorenin soyğunçuların hücumuna məruz qalıb. Fanat.az xəbər verir ki, hadisə bazar günü Bobo-Dioulassoda baş verib.
"Loryan"da çıxış edən futbolçu bazar günü ailəsi ilə birlikdə istirahət etmək üçün Burkina Fasonun Bobo-Dioulasso bölgəsindəki evinə gedərkən silahlı şəxslərin hücumuna məruz qalıb. Polisin verdiyi açıqlamaya görə, Traore və ailəsinin üzərindəki bütün qiymətli əşyaları, o cümlədən pulları götürən silahlı soyğunçular özlərinə zərər verməyib. Oğrular futbolçuya 7600 avro dəyərində ziyan vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər