Ukrayna Premyer Liqasının "Dnepr" - "Dinamo" (Kiyev) matçında futbolçu ölümdən dönüb. Fanat.az xəbər verir ki, paytaxt təmsilçisinin kapitanı Oleq Qusev ilk yarıda rəqib qapıçı Denis Boyko ilə toqquşaraq başından ağır zərbə alıb və yerdə qalıb.
Bu zaman "Dnepr"in oyunçusu Jaba Kankava Qusevin dilinin qatlandığını başa düşüb və ilkin yardım edərək onu xilas edib. Bundan sonra həkimlər meydana çıxaraq futbolçuya yardım göstəriblər. "Dinamo"nun həkimi Leonid Mironov Qusevin orta səviyyəli beyin travması aldığını, üzü və alt çənə sümüyündə bəzi sıyrıqların olduğunu bildirib. Eyni zamanda onun 3 dişi qırılıb.
Fanat.az