Futbolçu: "İndi mən peşəkar balıqçıyam"

Futbolçu: "İndi mən peşəkar balıqçıyam"
Estoniya milli komandasının müdafiəçisi Rayo Piyroya futbolçu karyerasını başa vurub. Fanat.az xəbər verir ki, 34 yaşlı müdafiəçi oktyabrın 11-də Türkiyə yığması ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçında zədələndikdən sonra belə qərar verib.
 
"İndi mən peşəkar balıqçıyam. Bu işə hələ bir neçə il öncə hazırlaşmışam. Hər şey plan üzrə getsə, gələn il balıq dükanı açacağam" deyə futbolçu bildirib.
 
Qeyd edək ki, Rayo Piyroya 5 dəfə Estoniyanın ən yaxşı futbolçusu sayılıb. O, “Flora”nın heyətində 2 dəfə Estoniya çempionu, “Fredrikstad”da isə Norveç Kubokunun sahibi olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər