Futbolçu polisi vurdu - VİDEO

Futbolçu polisi vurdu - VİDEO
Türkiyənin həvəskarlar liqasının oyununda dava düşüb. Fanat.az xəbər verir ki, hadisə "Söğütlüspor" - "Hacıkışlaspor" matçında baş verib.
Sakaryada baş tutan matçda "Söğütlüspor"un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra qalib komandanın qapıçısı rəqib azarkeşlərə və futbolçulara qarşı qeyri-etik jest edib. Nəticədə iki komandanın oyunçuları arasında dava düşüb. "Hacıkışlaspor"un kapitanı və bəzi futbolçuları polisin onlara qarşı sərt davrandığını söylərək asayiş keçişçiləri ilə dava edib. Futbolçulardan biri göyə tullanaraq polisi dizi ilə vuraraq yerə yıxıb. Asayiş keşikçiləri bibər qazından istifadə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər