Peru çempionatında bədbəxt hadisə baş verib. Fanat.az xəbər verir ki, futbolçu meydanda həlak olub.
Belə ki, “Sportinq” klubunun formasını geyinən Yair Klavijo “Real Qarsilaso” ilə oyun zamanı infarkt keçirib və yerə yıxılıb. Həkimlərin bütün səylərinə rəğmən 18 yaşlı oyunçunu həyata qaytarmaq mümkün olmayıb.