Futbolçu məşqdə öldü

Futbolçu məşqdə öldü
Daha bir futbolçu vəfat edib. Fanat.az xəbər verir ki, 14 yaşlı danimarkalı Patrik Möller məşqdə ölüb.
Jiland yarımadasının "Jetsmark" futbol klubunda çıxış edən gənc futbolçu məşq zamanı birdən yerə yıxılıb. 5 dəqiqə sonra olay yerinə gələn təcili tibbi yardım həkimlərin müdaxiləsinə rəğmən Mölleri həyata qaytarmaq mümkün olmayıb.
"Jestmark" klubunun prezidenti Finn Larsen gənc futbolçunun qaçış zamanı ürəyinin partladığını bildirib: "Patrik böyük istedad idi. Ulduz olacaqdı. Məşqdəki qaçış zamanı ürəyi dözməyib. Bütün müdaxilələrə rəğmən onu qurtarmaq mümkün olmadı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər