Bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının birinci təsnifat mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.
Millimiz 4-cü qrupa düşüb. Komandamız bu qrupda Slovakiya, Macarıstan, və Ermənistanla qarşılaşacaq. UEFA-nın qaydalarına əsasən bu səbəbdən qrupun oyunları Azərbaycan və Ermənistanda baş tuta bilməz.
1-ci qrup: Belçika, İngiltərə, Lüksemburq, Belarus.
2-ci qrup: Avstriya, Almaniya, Latviya, Qazaxıstan.
3-cü qrup: Türkiyə, Xorvatiya, İslandiya, Estoniya.
4-cü qrup: Slovakiya, Macarıstan, Ermənistan, Azərbaycan.
5-ci qrup: Rusiya, Çexiya, Farer adaları, Şimali İrlandiya.
6-cı qrup: İrlandiya, İsveçrə, Malta, Cəbəllütarik.
7-ci qrup: Danimarka, Portuqaliya, Albaniya, Uels.
8-ci qrup: Ukrayna, İsrail, İsveç, Bolqarıstan.
9-cu qrup: İtaliya, Serbiya, Sloveniya, San Marino.
10-cu qrup: Hollandiya, Polşa, Andorra, Moldova.
11-ci qrup: Rumıniya, Gürcüstan, Cənubi Kipr, Çernoqoriya.
12-ci qrup: Bosniya və Hersoqovina, Fransa, Lixtenşteyn, Makedoniya.
13-cü qrup: Norveç, Şotlandiya, Litva, Finlandiya.
Fanat.az