Futbol veteranlarımız Tbilisidə səfərdədirlər

Futbol veteranlarımız Tbilisidə səfərdədirlər

Azərbaycan futbol veteranlarından ibarət nümayəndə heyəti Gürcüstan Futbol Federasiyası və qurmun baş sponsoru SOCAR Georgia-nın dəvəti ilə Gürcüstan futbolunun məşhur yetirmələrindən olan Kaxa Kaladzenin vida oyununa həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Tbilisi şəhərində səfərdədir.

Nümayəndə heyətinin üzvləri İskəndər Cavadov, İqor Ponomaryov, Oqtay Abdullayev, Asim Xudiyev, Asif Əliyev, Vəli Qasımov və Maşallah Əhmədov ümummilli lider Heydər Əliyevin Tbilisi şəhərindəki abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoyublar.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər