Qış fasiləsində bir çox ulduzları heyətinə qatan Çin klubları daha bir böyük transferə imza atıb. Fanat.az xəbər verir ki, "Quanqzou Everqrande" klubu Cekson Martineslə güclənib.
2015-ci ildə "Portu"dan "Atletiko"ya keçən Kolumbiya millisinin üzvü Madrid klubunda möhkəmlənə bilməmişdi. İspaniya klubu onu çinlilərə sataraq 42 milyon avro (72 milyon 861 min manat) qazanıb.
Bununla da Cekson Martines Çin futbol tarixinin ən bahalı transferi olub. İddiaya görə, kolumbiyalı futbolçuya "Quanqzou Everqrande"dən əvvəl Çinin "Hebei Fortune" klubu 20 milyon avroluq (34 milyon 696 min manat) təklif göndərib. Lakin iki klub arasında danışıqların getdiyi zaman "Quanqzou Everqrande" "Atletiko"ya 42 milyon avro təklif edib və transferi reallaşdırıb. Madrid klubu Martinesi "Portu"dan 35 milyon avroya transfer etmişdi.
Fanat.az