"Leyptsiq"in müdafiəçisi Yoşko Qvardiol kareyrasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sport Deutschland" yayıb.
Xəbərə görə, "Mançester Siti" bir neçə gün davam edən danışıqlardan sonra xorvat futbolçunun klubuna 90 milyon avro və müxtəlif bonuslar təklif edib. "Şəhərlilər"in artıq 21 yaşlı futbolçunun özü ilə şəxsi müqavilənin detallarını razılaşdırdığı və keçidin reallaşmaq ehtimalının böyük olduğu bildirilib.
MS baş məşqçi Xosep Qvardiolanın şəxsən istədiyi Qvardiolu 90 milyona alacağı halda, bu, futbol tarixinin ən bahalı müdafiəçi transferi olacaq. İndiki rekord Harri Maquayra məxsusdur. "Mançester Yunayted" Maquayrı 2019-cu ildə, 87 milyon avro qarşılığında "Lester"dən transfer edib.
Qeyd edək ki, Yoşko geridə qalan mövsümdə "Leyptsiq" forması ilə bütün turnirlərdə 41 oyuna çıxıb.
Nihat