Futbol tarixinin ən bahalı 20 transferi - SİYAHI

Futbol tarixinin ən bahalı 20 transferi - SİYAHI

Paul Poqbanın "Yuventus"dan "Mançester Yunayted"ə keçidi ən bahalı futbolçuları siyahısında dəyişikliyə səbəb olub.

Fanat.Az xəbər verir ki, fransalı futbolçu Mançester klubuna 105 milyon avroya transfer olunuğ. Bununla da o, ən bahalı transferlər siyahısında ilk pilləni ələ keçirib.

Poqbanın transferi Qaret Beylin zirvəni əldən verməsi ilə nəticələnib. Belə ki, indiyədək ən bahalı transfer hesab olunan uelsli ulduzu "Real" "Tottenhem"dən 101 milyon avroya almışdı.

Beylin geriləməsi Kriştiano Ronaldonun da mövqeyinə təsir edib. "Real"ın "Mançester Yunayted"dən 94 milyon avroya aldığı portuqaliyalı ulduz 4-cü pilləyə düşüb.

İlk "beşlik"də yer alan digər futbolçulara gəlincə, Qonzalo Hiquayn bu yay "Napoli"dən "Yuventus"a 90, Neymar 2013-cü ildə "Santos"dan "Barselona"ya 88.2 milyon avroya transfer edilib.

Dünyanın ən bahalı 10 transferini təqdim edirik.

1. Paul Poqba ("Yuventus"dan "Mançester Yunayted"ə) - 105 milyon avro

2. Qaret Beyl ("Tottenhem"dən "Real"a) - 101 milyon avro

3. Kriştiano Ronaldo ("Mançester Yunayted"dən "Real"a) - 94 milyon avro

4. Qonzalo Hiquayn ("Napoli"dən "Yuventus"a) - 90 milyon avro

5. Neymar ("Santos"dan "Barselona"ya) - 88.2 milyon avro

6. Luis Suares ("Liverpul"dan "Barselona"ya) - 81.7 milyon avro

7. Ceyms Rodriges ("Monako"dan "Real"a) - 75 milyon avro

8. Angel Di Maria ("Real"dan "Mançester Yunayted"ə) - 75 milyon avro

9. Kevin De Brunye ("Volfsburq"dan "Mançester Siti"yə) - 74 milyon avro

10. Zinəddin Zidan ("Yuventus"dan "Real"a) - 73.5 milyon avro

11. Zlatan İbrahimoviç ("İnter"dən "Barselona"ya) - 69.5 milyon avro

12. Rahim Sterlinq (“Liverpul”dan “Mançester Siti”yə) - 69 milyon

13. Kaka (“Milan”dan “Real”a) - 65 milyon

14. Edinson Kavani (“Napoli”dən PSJ-yə) - 64 milyon

15. David Luiz (“Çelsi”dən PSJ-yə) - 62,6 milyon

16. Luiş Fiqo (“Barselona”dan “Real”a) - 62 milyon

17. Radamel Falkao (“Atletiko”dan “Monako”ya) - 60 milyon

18. Fernando Torres (“Liverpul”dan “Çelsi”yə) - 58 milyon

19. Ernan Krespo (“Parma”dan “Latsio”ya) - 56,5 milyon

20. Halk (“Zenit”dən “Şanxay Şanqqanq”a) - 56 milyon

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər