Futbol tarixinən ən ağır cəzaları

Futbol tarixinən ən ağır cəzaları
FIFA-nın İntimzam Komitəsi "Barselona"ya ağır cəza verdi. Belə ki, 18 yaşından aşağı 10 futbolçunun transferində qanunsuzluğa yol verən Kataloniya klubuna iki transfer dönəmində (1 il) heyətinə yeni oyunçu qatmaq qadağan edildi. Futbol ictimaiyyətində şok effekti yaradan bu olay Avropanın ən böyük cəzalarını xatırladıb. Qitə futbolunda verilmiş ən ağır 4 cəzanı təqdim edirik.
1985, Heyzel faciəsi: ingilis klubları Avropadan qovuldu
1985-ci ilin Çempionlar Liqasının final matçı başlamadan öncə "Liverpul" fanatları "Yuventus" azarkeşlərinə hücum etmiş və dava-dalaş zamanı stadionun divarlarından biri aşmışdı. Nəticədə 38 italyan və 1 belçikalı fanat həlak olmuşdu. İngilis xuliqanlar hər tərəfə hücum edərək dağıdıb tökmüş, italyanlar gizlənməyə belə yer tapmamışdı. Bu qədər həngaməyə rəğmən UEFA matçın keçirilməsinə qərar vermişdi. Oyundan əvvəl 38 fanatını itirən "Yuventus" Mişel Platininin tək qolu ilə kuboka sahib çıxmışdı. Matçdan sonra UEFA "Liverpul"u 6, digər ingilis klublarını 5 mövsüm avrokuboklardan kənarlaşdırmışdı.
1993, Marseldə oyun alveri: fransız klubunun çöküşü
1993/94 mövsümündə Fransa Liqa 1-də "Olimpik" (Marsel) rüzgarı əsirdi. Marsel təmsilçisi çempionatın son turunda "Valensiyenn"i, Çempionlar Liqasında isə "Milan"ı yenərək həm Fransanın, həm də Avropanın ən yaxşısı olmuşdu. Amma hər şeyin üstü "Valensiyenn"li bir futbolçunun etiraflarından sonra açıldı. Məlum oldu ki, "Olimpik" rəhbərliyi "Valensiyenn"in oyunçularına qarşıdakı "Milan" matçı səbəbi ilə sərt oynamamaları və heç kimi zədələməmələri üçün pul verib. Bu etirafdan sonra UEFA "Olimpik"i cəzalandırdı, Fransa Futbol Federasiyası çempionluğu geri alıb, komandanı aşağı liqaya saldı. Bundan sonra maliyyə böhranına düşən klub sözün əsl mənasında bu qərarla çökdü.
Qeyd edək ki, Fransa Futbol Federasiyası həmin mövsüm ikinci pillədə qərarlaşan PSJ-ni çempion elan etmişdi. Lakin Paris klubu bu çempionluğu qəbul etməmişdi.
2006, Calciapoli: "Milan" yüksəlişi
2006-cı ildə İtaliyada 5 klubun adının qarışdığı oyun alveri ilə bağlı qalmaqalda "Milan" da yer almışdı. "Yuventus"un aşağı liqaya düşürüldüyü olaydan "Milan" 15 xalının silinməsi və Çempionlar Liqasından kənarlaşdırılmaqla qurtulmuşdu. Qərardan apellyasiya şikayəti verən klub 15 xallıq cəzanı 8-ə endirməyə nail olmuş və Çempionlar Liqasında çıxışa icazə vermilmişdi.
Bu qərar əslində "Milan" üçün özünü sübut etmək şansı idi. A Seriyası təmsilçisi şansdan maksimum yararlanmağı bacardı. 2006/07 mövsümündə Çempionlar Liqasını qazanan komanda həm özünü Avropaya göstərdi, həm də bir il əvvəl İstanbuldakı məğlubiyyətin əvəzinii "Liverpul"dan çıxmış oldu.
2010, "Çelsi"yə şok: bir transfer qadağasının hekayəsi
Roman Abramoviç həmin illərdə "Çelsi"ni transfer bazarında "Real"a bərabər səviyyədə tutur və yeni oyunçulara milyonlar xərcləyirdi. Hətta gənc futbolçuları böyük pullarla aldadaraq heyətə qatırdı. Bu gənclərdən biri də Qael Kakuta idi.
"Lans"ın gənclərdən ibarət komandasından "Çelsi"yə keçən oyunçuya görə fransızlar FIFA-ya şikayət etmişdi. Ali futbol qurumu "Lans"a haqlı hesab edərək, "Çelsi"yə transfer yasağı qoymaqla yanaşı, böyük məbləğdə cərimə etmişdi. Kakuta özü isə futboldan kənarlaşdırılmışdı. Daha sonra "Çelsi"nin etirazı ilə bu yasaq qalxsa da, gələcəyin ulduzlarından hesab edilən futbolçu bir daha özünə gələ bilməmişdi. "Çelsi"nin 4 dəfə başqa klublara icarəyə verdiyi Kakuta ində "Latsio"da oynayır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər