Dünyanın ən erkən qırmızı vərəqə alan futbolçularının siyahısını təqdim edirik:
Lee Todd (Qross Farm Park Seltik ) - 2 saniyə
Dünyanın ən erkən qırmızı vərəqəsinin hekayəsi olduqca maraqlıdı. Matçın startından 2 saniyə sonra Lee Toddun meydandant qovulmasının səbəbi hakimin fitidi. Söhbət referinin hər hansı bir qərarı üçün çalınan fitdən yox, matçı başlamasını göstərən fitdən gedir. Belə ki, hakim fiti Toddun qulağının dibində çalınca, o, referini söyüb. Nəticədə bir anlıq ehtiyatsızlıq onun meydandan qovulmasına səbəb olub.
Devid Pratt (Çippenhem Toun) - 3 saniyə
Devid Pratt rəqib oyunçunu vurmaq üçün cəmi 3 saniyə səbr edib. Start fiti səslənən kimi rəqib forvardın ayağına sərt bir zərbə endirən futbolçu qarşısında qırmızı vərəqə görüb.
Guzeppe Lorenzo (Boloniya) - 10 saniyə
İtaliya çempionatında qırmızı vərəqə almağın çətin olmadığı hər kəsə məlumdu. Amma bunu 10 saniyədə etmək o qədər də asan deyil. Guzeppe Loreno bunu rəqibin üzünə yumruq vurmaqla edib.
Keyt Gillespe (Şeffild Yunayted) - 12 saniyə
Yəqin ki, baş məşqçisi Keyt Gillespeni 53-cü dəqiqədə meydana buraxarkən onun cəmi 12 saniyə sonra meydandan qovulacağını düşünməyib. Ancaq futbolçu meydana çıxan kimi Aaron Hunta dirsək atıb və qırmızı vərəqə alıb. Həm də həmin vaxt top meydanda olmayıb.
Kevin Pressman (Şeffild Vednesday) - 13 saniyə
Kevin Pressman bu siyahıda yer alan ən tez qırmızı vərəqə almış qapıçıdı. Meydandan qovulmasının səbəbi isə cərimə meydançasının kənarında topu əllə tutmasıdı. Pressman özünü "top sinəmə sərt bir şəkildə dəydi və tutmaq məcburiyyətində qaldım" deyə müdafiə etsə də, hakimi inandıra bilməyib.
Mark Smit (Kruyu) - 19 saniyə
Siyahıda yer alan 3 qapıçıdan biri olan Mark Smit "Darlinqton"lu bir oyunçuya qarşı kobudluğu səbəbindən meydanda cəmi 19 saniyə qala bilib.
Cason Krove (Arsenal) - 33 saniyə
Hər bir gənc futbolçu ilk oyunda özünü göstərmək istəyir. Cason Krove də bunu bacaranlardan biridi. Amma fərqli bir yolla... Liqa Kubokunun "Birmingem"lə oyununun əlavə vaxtında meydana çıxan futbolçu rəqibə qarşı sərt hərəkətinə görə oyunda 33 saniyə qala bilib. Bununla o, Vengerə özünü yaxşı tərəfdən göstərə bilməsə də, yaddaşlarda qalab bilib.
Domeniko Berardi (Sassuolo) - 48 saniyə
2014-cü ilin 2 martında keçirilən "Sassuolo" - "Parma" matçında oyuna girgikdən cəmi 48 saniyə sonra qırmızı vərəqə alıb.
Joze Batista (Uruqvay) - 55 saniyə
Uruqvay millisi dünya çempionatının uğurlu ölkələrindən biridi. Yəqin ki, Batista ölkəsinin fərqli bir sahədə də tanınmasını istəyib və 1986-cı il dünya çempionatında 55 saniyəyə qırmızı vərəqə alıb. Bununla da o, mundial tarixinin meydandan ən erkən qovulan futbolçusu olub.
Tim Flovers (Birmingem) - 72 saniyə
Qapıçı Tim Flovers Premyer Liqada ən tez qırmızı vərəqə alan futbolçudu. "Lids"in forvardı Brian Deanei qolkiper forması tərləmədən oyunu tərk etməli olub. Hakim Rocer Qiffordun "mükafatı" isə matçın sonunda bir "Blekbern" azarkeşinin hücumuna məruz qalması olub.
Fanat.az