Futbol müharibəni unutdurdu

Futbol müharibəni unutdurdu
Nepalın paytaxtı Katmanduda avqustun 31-də başlayan Cənubi Asiya çempionatı başa çatıb. Fanat.az xəbər verir ki, final oyununda Hindistan və Əfqanıstan milliləri qarşılaşıb. 
Əfqanıstan 2:0 hesabı ilə qələbə qazanaraq tarixinin ən böyük uğuruna imza atıb. Uzun illər müharibə və terrordan əziyyət çəkən əfqanlar final matçını Mezar-i Şərifdə qurulan böyük ekrandan izləyib. Oyunun final fiti səslənən kimi isə insanlar küçələrə çıxaraq çempionluğu bayram etməyə başlayıb. 
Yerli telekanallardan birinə açıqlama verən Abdul Melik adlı vətəndaş "Əfqanıstan üçün bu gün tarixi bir gündü. Çox xoşbəxtik. Bu çempionluq bizə acılarımızı unutdurdu. İndi qəlbimizdə sevincdən başqa heç nə yoxdu" deyib.
Qeyd edək ki, Cənubi Amerika çempionatı 1993-cü ildən keçirilir. İndiyədək 10 dəfə keçirilən turniri 5 müxtəlif komanda qazanıb. Hindistan 6, Maldiv adaları, Banqladeş, Şri Lanka və Əfqanıstan 1 dəfə yarışın qalibi olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər