Futbol meydanında yumruq davası - FOTO

Futbol meydanında yumruq davası - FOTO
Türkiyədə futbol matçı zamanı meydançada yumruq davası dühüb. Fanat.az xəbər verir ki, hadisə Zonquldakın Ereğli qəsəbəsində keçirilən həvəskarlar liqası matçında baş verib.
"Bayatspor"la "Neyren Gökçelerspor" arasında matçın 75-ci dəqiqəsində, hesab 2:2 olarkən meydan sahiblərindən Oktayla qonaqlardan Doğan ikili mübarizədən sonra mübahisə etməyə başlayıb. Matçın baş hakimi Doğanı söyüş söydüyünə görə meydandan qovub. Bundan sonra meydanda bir anda ara qarışıb. Əvvəlcə futbolçu yumruq davasına başlayıb. Daha sonra davaya texniki heyət də qoşulub.
Meydanın kənarındakı polislər aranı sakitləşdirə bilməyib. Bu səbəbdən Zonquldak poil idarəsi olay yerinə əlavə qüvvə göndərib və dava çətinliklə sakitləşdirib. Polis dava edən bəzi futbolçularla texniki heyət üzvlərini ifadələrini almaq üçün idarəyə aparıb. Matç isə 2:2 hesabı ilə başa çatıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər