Futbol matçında 484 nəfər həbs edildi

Futbol matçında 484 nəfər həbs edildi

Danimarka çempionatında keçirilən "Bröndbü" - "Kopenhagen" matçından əvvəl və sonra qarışıqlıq olub. Fanat.az xəbər verir ki, iki komandanınr fanatları arasında dava düşüb.

Nəticədə polis 484 azarkeşi saxlayıb. Çox sayda yaralı isə xəstəxanalara yerləşdirilib. Danimarka polisinin sözçüsü Kim Sveningensen saxlanılanların ifadələri alındıqdan sonra sərbəst buraxılacağını bildirib.

Kim Sveningensen deyib ki, matçdan əvvəl polis "Bröndbü" azarkeşlərinə məxsus depoya basqın edib. Depodan çox sayda bıçaq, beysbol zopası, bibər qazı, qaz bombası, fişəng, qaz maskaları kimi kəsici və partlayıcı maddələr çıxıb: "Matçdan əvvəl və sonra "Bröndbü" və "Kopenhagen" fanatları müxtəlif soyuq silahlarla bir-birinə hücum edib. Təbii ki, buna imkan verə bilməzdik. Ələ keçirdiyimiz depodakı silahlar məhz bu dava üçün saxlanılmışdı. Depo sanki müharibə anbarı idi". 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər