Frimponqun bir ayağı İngiltərə nəhəngində - Tibbi müayinədən keçdi

Frimponqun bir ayağı İngiltərə nəhəngində - Tibbi müayinədən keçdi

"Bayer Leverkuzen"in sağ cinah müdafiəçisi Jeremi Frimponq İngiltərə nəhənginə keçmək üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Ben Ceykobs yayıb.

Xəbərə görə, "Liverpul" ilə razılığa gələn niderlandlı futbolçu artıq tibbi müayinədən keçib. Mənbə ingilislərin bu keçid üçün "əczaçılar"a təxminən 35 milyon avro ödəyəcəklərini vurğulayıb. Jereminin 5 illik müqaviləyə imza atmağa hazırlaşdığı da diqqətə çatdırılıb.

Qeyd edək ki, cari mövsüm "Bayer" və Niderland millisinin forması ilə ümumilikdə 53 matça çıxan Frimponq 5 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər