Loran Blan "Barselona"nın baş məşqçi postunda Kike Setyeni əvəzləyə bilər.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, menecer Jorje Mendeş müştərisi Blanın xidmətini "Barselona" rəhbərliyinə təklif edib. Setyenin klubdakı gələcəyinə yaxın günlərdə aydınlıq gələcəyi bildirilir.
Fransız mütəxəssisin sonuncu iş yeri PSJ olub. Blan 2013-2016-cı illər aralığında Paris klubunu çalışdırıb.
Fanat.Az