Fransa klubundan 2 yeni transfer

Fransa klubundan 2 yeni transfer

Fransanın “Nant” klubu heyətini yeni futbolçularla gücləndirib.

Fanat.Az xəbər verir ki, Liqa 1 təmsilçisi yarımmüdafiəçi Floran Molle ilə sol cinah müdafiəçisi Jauen Hadjamı heyətinə qatıb.

Almaniyanın “Şalke” klubundan transfer olunan Floran Molle ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. 31 yaşlı fransız futbolçunun transferi üçün Almaniya klubuna 1.5 milyon avro ödənilib.

Molle “Dijon”un yetirməsidir. O, “Kretey”, “Mets” və “Monpelye”nin də uğurları üçün çalışıb.

Hadjam isə “Paris”dən 300 min avroya transfer olunub. 19 yaşlı müdafiəçi ilə 2027-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. “Paris”in yetirməsi Fransanın U-20 yığmasında da forma geyinir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər