"Olimpik Marsel" rəsmi saytı vasitəsi ilə Luis Suaresi transfer etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, söhbət İspaniyanın "Qranada" klubunun və Kolumbiya millisinin 24 yaşlı hücumçusundan gedir.

Futbolçunun bu gün tibbi müayinədən keçəcəyi bildirilib.
Qeyd edək ki, Suares son mövsümün yekunlarına əsasən, elitadan düşən "Qranada"ya 2020-ci ilin payızında, 7 milyon avro qarşılığında "Uotford"dan transfer olunub.
Nihat