Foqts milliyə daha bir futbolçu çağırır

Foqts milliyə daha bir futbolçu çağırır
Berti Foqts A millimizə daha bir futbolçu dəvət edir. Fanat.az xəbər verir ki, bu barədə alman mütəxəssis özü məlumat verib.
Foqts "Bild"ə açıqlamasında bildirib ki, "Fortuna"nın əsas heyətinə cəlb olunan 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Tuğrul Eratı A millidə sınaqdan keçirmək istəyir: "Tuğrul Eratı millinin mart ayında reallaşacaq Dubay toplanışına çağırmağı düşünürəm. O, U-21-in heyətindı Təl-Əvivdə İsrailə qarşı oyunda diqqətimi çəkdi. Daha sonra televiziya vasitəsi ilə onu "Fortuna"nın heyətində “Kayzerslautern”ə qarşı oyununu izlədim. Yaxşı oyunçudu, futbolçu kimi müsbət təsir bağışlayıb".
Dubayda yoldaşlıq oyunu keçirməyi planlaşdıran alman mütəxəssis 2-3 gənc oyunçunu toplanışa dəvət etmək niyyətindədi: "Yoldaşlıq matçında kiminlə qarşılaşacağımız hələ dəqiqləşməyib. Ancaq toplanışda 2-3 gənc futbolçunu yoxlamaq istəyirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər