Fonseka "Barselona" üzərində qələbədən sonra nə dedi?

Fonseka "Barselona" üzərində qələbədən sonra nə dedi?

"Milan"ın baş məşqçisi Paulu Fonseka "qırmızı-qaralar"ın yeni mövsümdəki əsas hədəfini açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu gecə "Barselona"nı yoldaşlıq görüşündə məğlub edən (2:2 penaltilərlə - 4:3) İtaliya təmsilçisinin çalışdırıcısı belə danışıb:

"Milan"ın hədəfi çempion olmaqdır. Skudettonu qazanmaq istəyirik".

Xatırladaq ki, ötən mövsüm A Seriyasında 75 xalla ikinci olan "Milan" son dəfə 2022-ci ildə ölkə çempionluğunu bayram edib. Sözügedən klub ümumilikdə 19 dəfə belə nailiyyətə imza atıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər