"Barselona" yay transfer pəncərəsi bağlanana qədər heyətinə yeni vinger qata bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən jurnalist Albert Fernandes yayıb.
Xəbərə görə, Ktaloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik rəhbərlikdən "Mançester Yunayted"in sol cinah hücumçusu Markus Raşfordun transfer edilməsini istəyib.
Qeyd edək ki, ötən mövsüm bütün turnirlərdə 43 matça çıxan Raşford 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun MY ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Markusun transfer qiymətini 60 milyon avro ilə dəyərləndirir.
Nihat