FIFA "Real"da "Atletiko"ya qoyduğu qadağanı götürdü

FIFA "Real"da "Atletiko"ya qoyduğu qadağanı götürdü
FIFA "Real" və "Atletiko" ilə bağlı qərarını dəyişib. Fanat.az xəbər verir ki, ali futbol qurumu ispan klublarına transfer icazəsi verib.
Belə ki, FIFA "Real" və "Atletiko"ya 2016/17 mövsümünün yay və qış transfer dövrlərində heyətlərinə yeni oyunçu qatmağı qadağan etmişdi. Buna səbəb həmin klubların yetkinlik yaşına çatmayan futbolçuların transferində yol verliyi qanunsuzluqlar olub.
Amma FIFA qərarın icrasını təxirə salıb. Bununla da "Real" və "Atletiko" yayda yeni transferlər edə biləcək.
Qeyd edək ki, bundan əvvəl FIFA "Barselona"ya eyni səbəbdən iki dönəm transfer qadağası qoymuşdu. Kataloniya klubu yayda heyətinə qatdığı Arda Turanla Aleks Vidalı qışadək oynada bilməmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər