FİFA icarə qaydalarını dəyişdirir

FİFA icarə qaydalarını dəyişdirir

FİFA oyunçuların icarə qaydalarında dəyişiklik etməyi qarşısına məqsəd qoyub.

 

 

Fanat.Az "Tayms” qəzetinə istinadən xəbər verir ki, icarə müqavilələrinin sayı azaldılacaq.

Qərar 2020/21 mövsümündən etibarən qüvvəyə minəcək. Həmin ildən başlayaraq hər klub mövsüm ərzində 6 və ya 8-dən çox futbolçunu icarəyə göndərə bilməyəcək. Həmçinin iki klub arasında 2-dən artıq icarə sözləşməsi imzalanmayacaq. Bu qaydalar futbolçuların maliyyə potensiallarının müəyyənləşdirilməsində mühüm rol oynayacaq. Bundan başqa, gənclərə çox güvənməyən klubların da durumu tənzimlənəcək. Belə klublarda gənclərə şans verilməyəcəyi halda, onların satılması tələb olunacaq.

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər