FİFA DÇ-2026 ilə bağlı qərar verdi

FİFA DÇ-2026 ilə bağlı qərar verdi

FIFA DÇ-2026-nın formatı ilə bağlı qərarını dəyişib. 

Fanat.Az "The Atletic"ə istinadən xəbər verir ki, təşkilat əvvəlcə növbəti mundilada 16 qrupun hər birində 3 millinin yer alacağı və ilk 2 pillənin sahiblərinin 1/16 finala yüksələcəyi variantı üstün tuturdu.

Ancaq qurum sonda digər variantı seçib. Belə ki, 12 qrupun hərəsində 4 yığma yer alacaq, ilk 2 yerin sahibləri, həmçinin 3-cülər arasında ən yaxşı göstəricilərə malik daha 8 komanda 1/16 finala adlayacaqlar.

Nəticədə DÇ-2026-da 104 (!) oyun keçiriləcək! Turnir isə 39 gün davam edəcək! FIFA qərarını cümə axşamı Ruandadakı konqresində açıqlayacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər