FIFA AZAL-ın sabiq üzvünü futboldan kənarlaşdırdı

FIFA AZAL-ın sabiq üzvünü futboldan kənarlaşdırdı
FIFA 3 futbolçunu cəzalandırıb. Fanat.az xəbər verir ki, buna səbəb həmin oyunçuların adının oyun alqı-satqısına qarışması olub.
Moldovalı futbolçu Sergey Laşçenkov "Metallist" (Xarkov) - "Karpatı" arasında 2007/08 mövsümündə keçirilən oyunun nəticəsinə təsir etməsi səbəbindən 5 il futboldan kənarlaşdırılıb. Laşçenkov 2008-2010-cu illərdə "Olimpik-Şüvəlan"da (indiki AZAL) çıxış edib və 44 oyunda 2 qola imza atıb. Bakı təmsilçisinə "Karpatı"dan keçən moldovalı futbolçu ölkəmizdən getdikdən sonra heç bir klubda forma geyinməyib.
FIFA həmçinin El Salvador A milli komandasının və U-20 yığmasının iki üzvünü cəzalandırıb. Adı açıqlanmayan oyunçular 5 il futboldan kənarlaşdırılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər