“Fənərbaxça” “Barselona”dan oyunçu aldı, icarəyə verdi

“Fənərbaxça” “Barselona”dan oyunçu aldı, icarəyə verdi

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi “Barselona”da forma geyinən türkiyəli yarımmüdafiəçi Emre Demiri heyətinə qatıb.

19 yaşlı futbolçu ilə 4.5 illik müqavilə imzalanıb. Emre “Fənərbaxça”ya azad agent kimi qoşulub.

"Fənərbaxça" yeni transferini TFF 1-ci liqada mübarizə aparan "Samsunspor"a icarəyə verib. Gənc oyunçunun bu mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb.

“Kayserispor”un yetirməsi olan gənc futbolçu “Barselona”ya 2022-ci ilin yayında 2 milyon avro qarşılığında transfer olunmuşdu. O, hazırda Türkiyənin U-19 yığmasına dəvət alır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər